adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Mart 2020 18:47
23044
ELM VƏ TƏHSİL
A- A+

Təhsil Nazirliyi teledərslərə start verir - VİDEO

Martın 11-dən başlayaraq həftənin beş günü saat 10-dan 16-dək Təhsil Nazirliyinin dəstəyilə "Mədəniyyət” kanalında"Dərs vaxtı” adlıteledərslərə start verilir. Bu proqramda teledərslər bütün sinifləri əhatə edəcək, dərsmövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq.

Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb:

"İbtidai siniflərin daha çox müəllim dəstəyinə ehtiyacını nəzərə alaraq, 1-4-cü sinif şagirdlərini həftənin dörd günü "Mədəniyyət” kanalının ekranı qarşısında gözləyəcəyik.

Artıq müstəqil öyrənmə vərdişləri qazanmış 5-11-ci sinif şagirdləri ilə həftədə ikidəfə görüşəcəyik.

İbtidai sinifləri əhatə edən fənlər Azərbaycan dili, riyaziyyat, həyatbilgisi, təsviri incəsənət, xarici dil, 5-11-ci siniflərdəAzərbaycan dili, riyaziyyat, xarici dil, tarix, coğrafiya, kimya, fizika, biologiya fənləri üzrə qısa videodərslər təqdim ediləcək.

Dərs cədvəlinə diqqət edin, dərsinizi "Dərs vaxtı”nda öyrənin. Unutmayın ki, öyrənmək yalnız sinif otağında deyil, ekran qarşısında da mümkündür.

"Dərs vaxtı”nda həftənin beşgünü sizinləyik! "Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanıTəhsil Nazirliyininelektron resursları ilə qazana bilərlər”.