adalet.az header logo
  • Bakı 18°C
10 Mart 2020 17:40
8601
GÜNDƏM
A- A+

Məhkəmə hakimləri barəsində intizam icraatları başlanılıb

Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyova töhmət verilib.

Adalet.az-ın məlumatına görə, bununla bağlı Məhkəmə-Hüquq Şurasının növbəti iclasında qərar qəbul edilib

Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda, həmçinin Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevaya və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədova irad tutulub, bir neçə hakim barədə intizam icraatları başlanılıb.