adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Mart 2020 17:22
36631
ƏDƏBİYYAT
A- A+

“Oturaq gözləyək ki, Ramiz Duyğun və başqaları şeirlər, nağıllar yazacaq və bir gün görəcəyik ki, Qarabağdayıq?”

Yazıçı Seyran Səxavət bir müddət öncə Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri, şair, publisist Ramiz Məlikovun (Ramiz Duyğun) müsahibəsində səsləndirdiyi fikirlərinə münasibət bildirib.

S.Səxavət Moderator.az-a açıqlamasında onun Qarabağla bağlı səsləndirdiyi fikirlərilə razılaşmadığını deyib və torpaqları poeziyayla deyil, müharibəylə almağın vaxtının çoxdan çatdığını qeyd edib:

"Bir neçə gün öncə bir az həkim, bir az polkovnik, bir az da şair Ramiz Duyğunun intervüsünü oxudum və necə deyərlər əlim üzümdə qaldı. Məttəl qaldım ki, indiki vaxtda belə bir düşüncə sahibi olmaq mümkündürmü, əcəba? ATƏT-in Minsk Qrupu otuz ilə yaxındır ki, bizə nağıl danışır, nağlın əvvəli var, amma sonu görünmür. Bunu edən isə ATƏT-in Misnk "qripidir” mən onları belə adlandırıram. İndi bu azmış kimi Ramiz Duyğun da ATƏT-in Misnk "qripi”nə qoşulub və bizə onlarla bərabər nağıl danışmağa başlayıb. R.Duyğun qeyd edir ki, Vaqif Səmədoğlu bir dəfə deyib ki, "əgər poeziyayla Qarabağı almaq mümkün olsaydı, təkcə Xəlil Rzanın şeirləri ilə Yeravana qədər gedib çıxmaq olardı” və o, iddia edir ki, V.Səmədoğlu yalnış fikirlər söyləyib və tez gedib o biri otaqdan Qarabağ haqqında şeirlər kitabını gətirib müxbirə göstərir.

Bu adam başa düşmür ki, biz şeirlərlə Qarabağı ala bilsəydik, hörmətli şairimiz V.Səmədoğlu demişkən çoxdan Yerevana gedib çıxmışdıq. İndiki zamanda otuz ilə yaxındır ATƏT-in bizə danışdığı nağıllardan sonra oturaq gözləyək ki, Ramiz Duyğun və başqa şairlər şeirlər, poemalar, esselər, nağıllar, romanlar yazacaq və bir gün səhər durub görəcəyik ki, Qarabağdayıq? R.Duyğunun belə düşünməsinə çox təəccübləndib. Mən Qarabağ haqqında ən yaxşı əsəri Müdafiə Nazirliyi yazmalıdır deməklə R.Duyğun sahibinə başa salmaq istəyirəm ki, mən nazirlik oturub poema yazsın demirəm. Doğrudanmı başa düşülməzdir ki, müharibəylə verdiyimiz torpağı, müharibəylə də geri almalıyıq. Bunu bir polkovnikin, şeir yazanın, həkimin başa düşməməsinə məttəl qalmışam”.