adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Osmanlının Atatürkə qoyduğu miras!

11814 | 2020-03-11 09:19

Osmanlıçılıq oynayanlar, bu yazını oxuyarlarmı?

1923-də...

13 milyon əhalisivardı. 11 milyonu kənddə yaşayırdı. 40 min kənd vardı, 28 minində məktəb yoxidi. Traktor yox idi, cütcü vardı. Beş min kənddə sığır vəbası var idi.Heyvanlar qırılırdı, insanlar qırılırdı. İki milyon adam qızdırma, bir milyonadam isə farangit, vərəm kimi xəstəliklər vardı. Üç milyon adamda göz xəstəliyivardı. Uşaq ölümlərinin faizi mində 480 idi. Hər doğulan iki uşaqdan biriölürdü. Məmləkətdə sadəcə 337 həkim var idi. 60 əczaçı var idi, onun da səkkizi türk idi. Diş həkimi demək olarki, yox idi. Dörd tibb bacısı var idi. 40 min kənddə 136 mamaça vardı. Ölümyaşı 40 idi.

Yanmışbinaların sayı 115 min, zədəli binaların sayı isə 12 min idi. Ölkəni yenidəninşa etmək lazım idi, kirəmit belə xaricdən gəlirdi. Limanlar, mədənlər, dəmiryollarıxaricilərə aid idi. Ümumi sərmayənin sadəcə yüzdə 15 faizi türklərin idi.Osmanlıdan Cümhuriyyətə miras qalan təkcə dörd fabrik vardı. Elektrik sadəcəİstanbul, İzmir və Tartus da var idi. Avtomobil sayı 1490 idi. Sadəcə dörd şəhərdəözəl avtomobil vardı.

Qadın insandeyildi.

(Vərəmləboğuşan xalq, tövlədə yatarkən… Yerə-göyə sığdırılmayan Əbdülhəmidin 16 arvadıvar idi. Nazikəda, Səlfinaz, Dilpəsənd, Peyvəstə, Nazlıyar, Bidar, Məzidə,Əmsalinur xanım... 16 arvad... Yaş etibarilə çoxusu uşaq idi. Kimlərinsə atamızdediyi Əbdulməcidin 22 arvadı var idi. Əhali inəyinə verməyə saman tapmazkən busarayında iki futbol komandası qədər qadınla yatırdı)

Teatr yox,musiqi yox, rəsm yox, heykəl yox, idman yox idi. Arxeoloji əsərlər, gizli-xəlvətiyox, padşahların hədiyyəsi olaraq qatarlarla oğurlanmışdı.

Kimisialaturka saatından istifadə edir, saatı 12:00 olaraq qəbul edirdi, kimisi Günəşinən təpədə olduğu vaxtı 12:00 olaraq qəbul edirdi. Kimisi Günəş batarkən qürubi saatı əsas götürürdü,kimisi Günəşin tamamən batdığı azan saatını. "Saat neçədi, dostum?” soruşsan, hərağızdan bir səs çıxırdı.

Kimisi Hicri təqvimini,kimisi isə Rumi təqvimini istifadə edirdi. Kimisinin fevralı dekabrına təsadüfedirdi. Hər kəs eyni zamanda yaşayırdı, amma fərqli aylarda.

Dirhəm, okka, çəkivardı… Arşın, qulac, fərsah vardı. Nə ağırlığımız dünyaya ayaq uydura bilirdi,nə də uzunluğumuz. Ölçülərimiz orta əsrin ölçüləri idi.

Kişilərin yüzdə 7faizi, qadınların yüzdə 4 faizi oxuma-yazma bilirdi. Oxuma-yazma bilənlərinçoxusu əsgər və yaxud qeyri-müsəlmanlar idi. Məktəb yaşına çatan hər dörduşaqdan üçü məktəbə getmirdi. Cəmi 4894 ibtidai, 72 orta məktəb, 23 dənə dəlisey vardı. Türkiyənin bütün liseylərində sadəcə 239 qız şagird vardı. Müəllimlərinüçdə birinin müəllimlik təhsili yox idi. Bir Universitet vardı.Ölkə bilikdən çoxuzaq idi.

600 il boyunca türkcəyəosmanlıca deyilmişdi. Ərəbcə, farsca, fransızca, italyanca sözlər, terminlərdilimizi işğal etmişdi.

"Hərf inqilabı oldu,bir gecədə cahilləşdirildik, köpəkləşdirildik” filan deyirlər ha… İbrahim Mütəfərrikadanetibarən 150 il boyunca çap olunan kitabların sayı nə qədərdir, bilirsiniz? Sadəcə417 idi. Bunların da çoxusunu qeyri-müsəlmanlar çap etmişdi. Ki, zatən Mütəfərrikada macar idi.

Bu torpaqlara kitabgələnə qədər Avropada 2,5 milyon fərqli kitab çap olunub 5 milyar ədədsatılmışdı. Volter bir kitabında yazır: İstanbulda bir ildə yazılanlar Parisdəbir gündə yazılanlardan azdır!

Və nəymiş, əfəndim,məzar daşı oxuyacaqmış…

Sən əvvəlcə iki dənəkitab oxu, sonra dünyadan xəbərin olsun biraz!


Medusa Bilir


Dilimizə uyğunlaşdıran Eminquey

TƏQVİM / ARXİV