adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: DÜNYA BOYDA SEVGİ

FAİQ QİSMƏTOĞLU
39892 | 2020-03-11 09:26

Bir gülü, bir çiçəyi, bir otu, bir ağacı sevməyənə var ki?! Oğul odur ki, içində təlatüm edən və heç vaxt ona dinclik verməyəndərdi, kədəri, ələmi sevə bilsin... oğul odur ki, hər yerdən əli üzüləndənsonra ayağa qalxmağı bacarsın və özünü tapa bilsin... oğul odur ki, tək Vətəni,ailəsini, balalarını, nəvələrini sevməsin... dünyanı və dünyanın içində olanbütün eybəcərlikləri, bütün sıxıntıları və bütün görünməyən qüvvələri də sevməyibacarsın...

Allahısevmək o deyil ki, gündə beş dəfə namaz qılasan, oruc tutasan, yaxud da müqəddəsMəkkəni ziyarət eləyəsən. Allahı sevənadam odur ki, bir acın qarnını doydurur, bir yıxılanın əlindən tutub ayağaqaldırır, bir xəstənin sağalmasına yardım edir, bir yetimin və kimsəsizinhaqqını başqasına vermir və o yetimin arxasında durur, saçına sığal çəkir! Bax,bunu yalnız və yalnız Allahı sevən adamlar bacarırlar.

Yaxındostum, böyük ziyalı, böyük müəllim və istedadlı şair-publisist Səməndər Məmmədovunyenicə çapdan çıxmış "Ömrüm boyu yanılmadım” kitabında da bu dediyimiz elementlər,bu sadaladığımız cizgilər var. Onun hər şeirində, hər misrasında, hər sətrindəboyük bir Allah sevgisi, böyük bir Allah məhəbbəti hiss olunur. Onunpoeziyasında qırmızı xətt kimi bir fikir özünü daha qabarıq göstərir: "Kimolursan ol, öncə Adam və İnsan ol!” düşüncəsi oxucunu həmişə düşündürür. O şeirki, o poeziya ki, oxucunu düşündürür, demək orda böyük sevgi, böyük məhəbbət vəböyük həyat eşqi var.


SəməndərMəmmədovun bu kitabı şərti olaraq dörd hissəyə bölünüb: "Mündəricat”, "Ay Səməndər,haqqa inan”, "Bilirəm yerini, ürəklərdəsən”, "Faxralıdı inamı da, imanı da”...Birinci bölmədə bu yazılar diqqəti daha çox özünə cəlb edir: "Güc təhsildədir”,"Qorqudşünas alim”, "Elmin yolunda ağaran saçlar”, "Oğullar yetirdin, el-eltanındı”, "Çağlayır ilhamın, ay Həmzə qağa”, "Nur parlayan çıraq”... İkincibölmədə onun yazdığı şeirlər yer alıb: "Millət sevgisi”, "Bilər”, "Ana”, "Ocaq”, "Faxralı”, "Nur tökə-tökə”,"Söz fatehi Zəlimxan”, "Bağban”, "Əhsən”, "Torpağa bağlı”, "Ey insanlar”...Üçüncü bölmədə isə diqqəti bunlar cəlb edir: "Mənim tanıdığım Səməndər”, "Həqiqimüəllim, xeyirxah insan”, "Qırx ilin dostluğu”, "Dost sevinci”... Dördüncü bölmədəisə bu yazılar yer alıb: "Olsun”, "Səməndər”, "”Müəllim”, "Qardaş”, "Yüz yaşa”,"Bulaq kimi”, "Gur işıq”, "Qeyrət toplusu”, "Vətənsiz könlüm pərişan”...

Qələməalınan bu yazıların arasında portretoçerklər də var, gözəl şeirlər də və Səməndər müəllim haqqında onu tanıyanlar tərəfindənqələmə alınan orijinal, maraqlı yazılar da. Onun hər bir yazısında, hər birmisrasında dünya boyda bir sevgi var. O sevgini hiss etmək üçün, duymaq üçün gərəkSəməndər Məmmədovun poeziya dünyasına qədəm qoyasan və bu böyük məhəbbəti, buböyük sevgini hiss edəsən. O böyük ürəyə və o böyük qəlbə yalnız böyük ürəksahibləri yaxın ola bilər.

Görünşair nə deyib:

Ömrümboyu yanılmadım,

Dost-tanışıseçən yerdə.

Qanadlanıbuçar könül,

Ürəkalov saçan yerdə.

Həqiqətəndə böyük ziyalı Səməndər Məmmədov heç vaxt dost seçəndə də, ömür-gün yoldaşıtapanda da, ən çətin vəziyyətlərdən çıxmağı bacaranda da yanılmayıb, səhv etməyib.Çünki Səməndər müəllim hamını duru, təmiz, pak və səmimi görmək istəyib. Özüolduğu kimi göründüyü üçün başqalarından da yoldaşlıqda, dostluqda, qonşulqdada bunu umub. Əgər bu dediyimiz məziyyətlər hansı adamda varsa, deməli o, Səməndərmüəllimin böyük dostudur.



Yadımasöz fatehi, Xalq şairi Zəlimxan Yaqubun Səməndər müəllim haqqında dediyi sözlərdüşür: "Təhsilimizin, maarifimizin, şeirimizin, sözümüzün səməndəri, pərvanəsiqardaşım Səməndər! Sən mənim elimin çox mərifətli oğlusan, çox böyük ürəksahibi olan gözəl bir insansan. Saçından dırnağına qədər şeirsən, şeiriyyətsən,sazsan, qara zurnasan, Faxralısan, Borçalısan, Azərbaycan təbiətisən, türkdanyasısan. Sənin haqqında hər şey demək olar. Mən müəllim ailəsində doğulduğumüçün bilirəm ki, məktəb Məkkədir, müəllim peyğəmbərdir, qələm Allahın danışandilidir, kitab Qurandır, mütaliə Allah işığıdır. Müəllim elmlə doludur. Allah hərəyəbir qismət verib. Ən böyük qisməti, ən böyük hüququ müəllimə verib. Müəllim həyalı,ismətli, abırlı, əl qabarı ilə, alın təri ilə, gözünün nurunu kitablarda kor eləyə-eləyə,elm oxuya-oxuya, elm öyrənə-öyrənə, elm öyrədə-öyrədə milləti tərbiyə eləyənilahi bir varlıqdır. Onun ailəsi sazın telləri kimi nizam olmalıdır. Osazın doqquz telinin doqquzu da nizamolmalıdır ki, istədiyin vaxt istənilən havanı çala biləsən. Mənim Səməndərim həmişə belə nizam kökdə olsun. Mənim Səməndərimqoy məclislərin yaraşığı olsun, könlümüzə layla çalsın, ruhumuza layla çalsın”.

BöyükZəlimxan Yaqub böyük ziyalı Səməndər Məmmədova şair kimi, publisist kimi vəböyük insan kimi belə dəyər verib. ÇünkiSəməndərin qanı dupdurudur, tər-təmizdi və əsl türk oğlu türkdür. Təpədən-dırnağa nur, işıq və sevgi olan Səməndərmüəllimin bütün poeziyasında və şeirlərində bu dediyimiz duyğular var.İnanmırsınız, onun Faxralı haqqında yazdığı şeirinin iki bəndinə diqqət yetirək:

Qartalqonmazdağlarını anıram,

Sönməmişəm,qucağında yanıram.

Səngərindəduruş tapan mamıram,

Əzəlandım, son məkanım Faxralı.

Ağırelsən, Borçalıda adın var,

Yananınvar, yamanın var, yadın var.

Səməndərəhəyat verən odun var,

Odtutub odunda yanım, Faxralı.

Bax,torpağa, elə, obaya, Vətənə Səməndər müəllim belə bağlı ziyalıdır. O öz elinin,obasının və doğma Faxralısının yolunda şəhidolmağa da hazırdır. Çünki o, bütün qəlbiylə, bütün ürəyilə və bütünsevgisiylə boya-başa çatdığı bu elə, bu obaya bağlıdır...

Mənəelə gəlir ki, dünyada iki böyük sevgi var: biri Allah sevgisi, biri də Vətənsevgisi! Və hər iki sevgi bəşəri bir sevgidir. Düzdür, ana da var, ata da var,övlad da var, nəvələr də var. Bunlar da böyük sevgidir. Amma lazım gələndə atada, ana da, oğul da, nəvə də Allahın və vətənin yolunda şəhid olur. Bu bəşərisevgi, bu bəşəri məhəbbət Səməndər Məmmədovun bütün şeirlərinin hər misrasındaduyulur və hiss edilir.

Vətənihamı çox sevir. Mən də dəfələrlə bu fikri səsləndirmişəm. Amma Səməndər müəllimkimi elini, obasını, vətənini sevən ziyalılara az-az rast gəlmişəm. İnsanhavasız, balıq susuz, təbiət günəşsiz yaşaya bilmədiyi kimi, Səməndər müəllim dəFaxralısız yaşaya bilmir. Bir də eşidirəm ki, gedib öz elinə, obasına və on-onbeş gün qonşuluqda görünmür. Sonra da görüşəndə deyir ki, müəllim, Faxralıyagetmişdim, heç qayıtmaq istəmirdim. Oranın havasını uddum, suyunu içdim,torpağının üstündə gəzdim, gülünün-çiçəyinin ətrini ciyərlərimə çəkdim, indiözümü lap yaxşı hiss eləyirəm.

SəməndərMəmmədovun bir-birindən gözəl şeirləri çoxdur. Onlardan nümunə gətirib oxucunuçox da yormaq istəmirəm. Bir onu bilirəm ki, Səməndər müəllim Allahı sevdiyi qədərbalalarını və nəvələrini də çox sevir. Onun "Həyatımdır nəvələr” şeirilə yazımanöqtə qoymaq istəyirəm:

Tural,Ramil varlığım,

Hərəsibir barımdır.

Günay,Elmira, Nicat,

Yaşılbudaqlarımdır.

Ayxanalovum, odum,

Heyranedir hər kəsi.

Şirin-şəkər,noğuldur,

Balımdıhər kəlməsi.

SəməndərMəmmədliyəm

Zirvəmdəkiqarımdır.

Nəvələrimhəyatım,

Əyilməzvüqarımdır.


TƏQVİM / ARXİV