adalet.az header logo
  • Bakı 20°C
12 Mart 2020 09:14
26312
ŞOU-BİZNES
A- A+

İti ilə olan yataq şəkillərini paylaşdı, gündəm oldu

2017-ci ildə geyim sektoruna daxil olaraq, şəxsi brendini yaradan model Emili Ratajkovski iddialı görüntüləri, açıq-saçıq geyimləri, seksual pozaları ilə adından söz etdirməyə davam edir. 28 yaşlı model bu dəfə cazibədar rəqsi ilə izləyicilərini heyrətləndirib. Bu işdə də bacarıqlı olan Emilinin videosu qısa zamanda minlərlə bəyənmə toplayıb.

Cazibədar model uğurlarından və gündəm olmağından doymur. O, növbəti dəfə paylaşımı ilə yenə gündəmə gəlib.

Adalet.az xəbər verir ki, model "Instagram” hesabında yataqda çəkilmiş fotosunu paylaşıb.


"Instagram” hesabında 25.6 milyondan çox izləyicisi olan cazibədar modelin yataqda yarıçılpaq halda çəkilmiş fotosunda iti "Kolombo” da yanında olub.

Qeyd edək ki, Emili prodüser Sebastyan Bir-Makklardla ailə qurub. O, ailə qurması haqda xəbəri sosial şəbəkədə toydan fotolar paylaşaraq verib. Açıqlaması ilə hər kəsi təəccübləndirən Ratajkovski özünə sadə nikah mərasimi edib.


Əntiqə Rəşid