adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Mart 2020 10:00
7959
GÜNDƏM
A- A+

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb

Bu gün VI çağırış Milli Məclisin ilk iclası öz işinə başlayıb.

Adalet.az-ın məlumatına görə, iclasda Milli Məclin sədri, sədrin birinci müavini və sədr müavinləri, komitə sədrləri və müavinləri vəzifələrinə seçkilər keçiriləcək.

Parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə isə Əli Hüseynlinin namizədliyi müəyyən edilib.

Bitərəf deputatların parlament sədrinin müavini vəzifəsinə isə Adil Əliyevin namizədliyi müəyyən edilib.