adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
09 Mart 2020 21:00
19421
İDMAN
A- A+

DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı

Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatının Asiya bölgəsi üzrə mart və iyunda oynanılacaq seçmə mərhələ matçları təxirə salınıb.

Qol.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Qərarın verilməsində məqsəd isə koronavirusun yayılmasının qarşısını almaqdır. Ona görə də 23-31 mart və 1-9 iyunda keçirilməli olan qarşılaşmalar təxirə salınıb.

Qərarın Asiya Futbol Konfederasiyasıvə FİFA-nınqarşılıqlı razılaşması ilə qəbul edildiyi və oyunların hansı tarixdə keçiriləcəyi haqda yaxın günlərdə məlumat veriləcəyi bildirilib.