adalet.az header logo
  • Bakı 7°C
09 Mart 2020 19:22
25603
İQTİSADİYYAT
A- A+

Qızılın qiyməti son səkkiz ildə ən yüksək səviyyəyə qalxdı

Dünya bazarında qızılın qiymətləri 1,7 min dollara qalxıb və bununla da 2012-ci ilin rekordunu qırıb.

"İzvestiya”nın xəbərinə görə, bu, neftin qiymətinin kəskin enməsi və eyni zamanda koronavirus səbəbi ilə bazarlarda olan mənfi əhval-ruhiyyə fonunda baş verib.

Dünya birjalarında keçirilən ticarət əməliyyatlarına əsasən, qızılın qiyməti 1,5% artaraq 1 unsiya üçün 1699,20 dollar, sonra isə 1702.45 dollar səviyyəsinə yüksəlib.