adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Mart 2020 18:19
33517
KRİMİNAL
A- A+

Bakıda oğurluq edən şəxs saxlanılıb

Yasamal rayonu ərazisindəki evlərin birindən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən A.Yoldaşov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Yasamal RPİ 26-cı PB və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 15-də Yasamal rayonu ərazisindəki evlərin birindən 180 manat pul, 3000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini A.Yoldaşov saxlanılıb.