adalet.az header logo
  • Bakı 13°C
09 Mart 2020 11:29
30374
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: KEŞİK ÇƏKİM...

Sən bir topa gül -dəstə
Gözəlliklə dur - qəsdə...
Dincəl, sinəmin üstə -
Yuxuna , keşik çəkim!..

Qəm ovqatın sovuşsun
Kirpiklərin qovuşsun...
Ruhun ruha yovuşsun -
Ruhuna, keşik çəkim...

Ay ömrümə gələnim,
Saçlarına bələnim!
Səndən , səni dilənim-
Duyğuna, keşik çəkim!

Sevgin olsun nəfəsim
Qolların da qəfəsim.!...
Yaşamağa tələsim -
Bu ana ... keşik çəkim!