adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Mart 2020 20:37
19331
İDMAN
A- A+

FİFA prezidenti ilə bağlı araşdırmalara başlanıldı

İsveçrə prokurorluğu FIFA prezidenti Canni İnfantino ilə bağlı araşdırmalara başlayıb.

Adalet.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, ali futbol qurumunun rəhbəri korrupsiya ilə bağlı 2015-ci ildə araşdırmalar barədə məxfi məlumatlar almaqda şübhəli bilinir.

Məlumata görə, həmin vaxt UEFA-nın baş katibi olan Canni İnfantino regional prokurorlardan biri ilə əlaqələrindən istifadə edərək FIFA-nın korrupsiya sxemlərinin araşdırılması ilə bağlı materiallardan məlumatları bilən prokurorla tanış olub və üç dəfə görüşüb. Bu görüşlərdən sonra həmin prokuror FIFA prezidenti tərəfindən bəzi vacib oyunlara dəvət olunub.