adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Mart 2020 20:00
12979
DÜNYA
A- A+

Ərdoğan Əsədə vurulan zərbədən danışdı

İdlibdə aktiv mövqe tutumaq məcburiyyətində qaldıq. Diplomatik həll axtarışlarını da sürətləndirdik. Türkiyənin Suriya torpaqlarını işğal etmək niyyəti yoxdur.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Əgər rejimin məqsədi torpaqlarını azad etmək olsaydı, əvvəlcə əsl təhdidə, ölkənin cənubundakı terror təşkilatına qarşı hərəkətə keçərdi. Təəssüf ki, rejim bunun yerinə öz xalqını qətlə yetirmək yolunu tutdu”, - Ərdoğan bildirib.

Türkiyə prezidenti İdlibdə aparılan 1 aylıq əməliyyat nəticəsində 59 şəhid verdiklərini deyib:

"Amma rejimin 3400 ünsürünü zərərsizləşdirdik. Bundan başqa 3 təyyarəsini, 8 helikopterini, 256 tankını, 8 hava hücumundan müdafiə sistemini, 99 hərbi maşınını və 2 hava limanını da məhv etdik”.