adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Mart 2020 11:43
24971
KRİMİNAL
A- A+

Böyük cinayət kartelinin liderlərindən biri saxlanılıb

Meksika hakimiyyəti tərəfindən Quanhuato ştatında "Santa Rosa de Lima" böyük cinayətkar dəstənin rəhbərlərindən biri saxlanılıb.

Bu barədə ştatın baş prokurorluğu bildirib.

Məlumata əsasən, "Santa Rosa de Lima" cinayətkar dəstəsinə daxil olan "El Miklo" ləqəbli Armando N. birgə əməliyyat zamanı saxlanılıb.

Baş Prokurorluğun verdiyi məlumata görə, saxlanılan şəxs çoxsaylı hücum və qətllərin əsas təşkilatçısıdır.

Əməliyyat zamanı təşkilatın daha 3 nəfəri də saxlanılıb.