adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Mart 2020 11:12
14256
DÜNYA
A- A+

Avstraliyada daha bir nəfər yeni koronavirusdan ölüb

Avstraliyada daha bir nəfər yeni növ COVİD-19 koronavirusundan ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Yeni Uels ştatının baş həkimi Kerri Çant deyib.

Məlumata əsasən, ölüm halı Sidney xəstəxanalarından birində qeydə alınıb. Ölən 80 yaşlı xəstə olub.

Qeyd edilir ki, Avstraliyada yeni növ COVİD-19 koronavirusundan ölənlərin sayı 3 nəfərə çatıb.