adalet.az header logo
  • Bakı 16°C
07 Mart 2020 22:51
14881
DÜNYA
A- A+

Daha bir ölkədə koronavirusa yoluxma aşkarlandı

Maldiv Respublikasında koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.

"Report”un məlumatına görə, bu barədə yerli"Sun”internet qəzeti xəbər verib.

Məlumata görə, iki nəfərdə virusa yoluxma aşkarlanıb. Onlar Kuredu adasındakı kurortun əcnəbi əməkdaşlarıdır.

Qeyd edilir ki, həmin şəxslərin işlədiyi kurort bağlanıb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya99ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı103 973-ə çatıb. Onların58 525nəfəri sağalıb,3 524nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adınıCOVID-19 qoyub.