adalet.az header logo
  • Bakı 18°C
07 Mart 2020 21:45
25928
ELM VƏ TƏHSİL
A- A+

Ali təhsildə eksternat təhsilalma forması ləğv edilib

Ali təhsilin bakalavriat səviyyəsində sərbəst (eksternat) təhsilalma forması ləğv edilib.

Adalet.az-ın məlumatına görə,Nazirlər Kabinetibununla əlaqədar "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda müvafiq dəyişiklik edib.

Dəyişkilik əyani təhsildə "fulltime” (əyani formasının tədrisə tam cəlb olunma) və "parttime” (tədrisə qismən cəlb olunma) formalarının tətbiq olunacağı ilə bağlıdır.

Qeyd edək ki, sərbəst (eksternat) təhsil müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması olub.