adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Mart 2020 20:10
27483
KRİMİNAL
A- A+

Bakıda mobil telefon oğruları tutuldu - FOTO

Binəqədi rayonu ərazisində yerləşən iki marketdən oğurluq edilib. Naməlum şəxs ayrı-ayrı vaxtlarda mağazalardan iki ədəd mobil telefonoğurlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən paytaxt sakini Xaliq Qəribov tutulub.

Qeyd edək ki, X.Qəribovun mağazalardan oğurluq etməsi obyektlərin müşahidə kameraları vasitəsi ilə anbaan lentə alınıb. O, ifadəsində törətdiyi əməllərini etiraf edib.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində paytaxtın müxtəlif yerlərində azyaşlı uşaqları aldadaraq, onların mobil telefonlarını əllərindən alan şəxs saxlanılıb. Yetkinlik yaşına çatmayan Bakı şəhər sakini Bahadur Məmmədov (ad və soyad şərtidir) tutularaq istintaqa təqdim edilib.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar aparılır.