adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Mart 2020 15:00
10942
MƏMLƏKƏT
A- A+

YAZ BAYRAMLARINI BAKI KÖRFƏZİNDƏKİ “ALTAY” RESTORANINDA QARŞILAYIN!

Mart bayramlar ayıdır. Yazın birinci ayının təqviminin ilk qırmızı səhifəsi 8 Mart – Beynəlxalq Qadınlar Günü, 20 mart və sonrakı günlər isə əlbəttə ki, xalqımızın ən əziz bayramlarından olan Novruz şənliklər ilə qeyd olunur. Bakıda fəaliyyət göstərən istirahət və əyləncə mərkəzləri, restoranlar da paytaxt sakinlərini zəngin bayram şou proqramları, çeşidli xörəklər menyusu ilə sevindirmək üçün hazırlıq görürlər. Bulvarımızın ən gözəl güşələrindən birində qərar tutan, şəhərimizin ən dəbdəbəli və qeyri-adi arxitekturası - muzeylərindən olan Xalça Muzeyinin "Altay" restoranı da yerli vətəndaşları və xarici qonaqları qarşılamağa hazırdır.

Keçən ilin oktyabr-noyabr aylarından biznes-ledi Munira (Solmaz) Fazilinin rəhbərliyi altında fəaliyyət göstərən "Altay – lounge-restourant”da xidmət bütün standartlara cavab verən səviyyədə təşkil olunub. İran əsilli azərbaycanlı olan xanım iş adamı Munira (Solmaz) Fazili uzun illərdir ki, Almaniyada yaşayır. Bütün dünya azərbaycanlılarının doğma vətəni olan Azərbaycanı xoşbəxt, xalqımızı firavan, torpaqlarımızı bütöv görmək onun da arzusudur.



 Xaricdə yaşasa da, qəlbi daim Azərbaycanla döyünən, ölkəmizin tərəqqisinə töhfəsini əsirgəməyən Munira xanım indiyədək respublikamıza xeyli investisiyalar cəlb edib, iqtisadiyyatımızın formalaşmasına, dövlətimizin büdcəsinin zənginləşməsinə pay verib. Azərbaycana olan sevgisi, ölkəmizdə iş adamlarının fəaliyyəti üçün yaradılmış münbit biznes mühiti onun ölkəmizə sərmayə yatırmaq arzusunu gerçəkləşdirib.



"Altay” restoranı Munira xanımın genişləndirmək istəyində olduğu fəaliyyətinin bir istiqamətini təşkil edir. Burada 15 nəfərin məşğulluğu təmin edilib. Bakı körfəzinin əsrarəngiz mənzərəsi, gülərüz, işgüzar personalın göstərdiyi yüksək səviyyəli xidmət, Azərbaycan və Avropa mətbəxindən ləziz xörəklər, canlı musiqi, VİP otaqlar və əlbəttə ki münasib qiymətlər müştərilərdə məmnunluq doğurur.


Restoranın adının ("Altay”) ehtiva etdiyi məna da onun sahibəsinin Türkçülüyə vurğunluğunun, sadiqliyinin, Şərqdə Altaydan Qərbdə Anadoluyadək eninə-boyuna bütün Türk Dünyasına olan sevgisinin, qədirşünaslığının göstəricisidir. Əməkdaşımızla söhbətində KİV-in verdiyi imkandan istifadə edərək, Munira xanım öz həmcins soydaşlarını 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmiş və bildirmişdir ki, qarşıdakı bayram günlərində restorana təşrif buyuracaq zərifləri gözəl şou-proqramlar, maraqlı sürprizlər gözləyir.


Biz də öz növbəmizdə Munira xanımı və onun timsalında Azərbaycan Qadınını 8 Mart bayramı münasibətilə təbrik edirik. Onların arasından Munira (Solmaz) Fazili kimi seçilənlərin, millətimizin şöhrətini bütün dünyaya yayanların, Azərbaycanı, Azərbaycançılığı təbliğ edənlərin çox olmasını arzulayırıq.

Ceyhun Rüstəmov