adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
07 Mart 2020 16:59
29768
ELM VƏ TƏHSİL
A- A+

Məktəblərdə dərslərin dayandırılması müddəti uzadıldı - RƏSMİ

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargahından bildirilib ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir)bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.