adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Mart 2020 12:31
35851
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: BİR KÖNÜL İSTƏYİ























Gözlərimin sahibidi, gözlərin
İzin vermir başqa gözə baxmağa....
Dəryalardan, gəzdirdiyin göz dərin -
Yaranıbdı yandırmağa, yaxmağa...

Götürübdü ağlımı da özüylə
Külümü də, ocağımın közüylə...
Belə getsə, bircə kəlmə sözüylə -
Çevriləcəm kibritə, ya çaxmağa...

Ürək halsız . can ağrılı, əl də boş
Özüm kimi , gəlməsə də, sözüm xoş...
Əbülfəti varlığına elə qoş -
Yol olmasın ürəyindən çıxmağa!..