adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
07 Mart 2020 12:28
9493
GÜNDƏM
A- A+

Həlak olan əsgər bu gün dəfn olunacaq

Dövlət Sərhəd Xidmətinin Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığında yerləşən döyüş məntəqəsində odlu silahdan açılan atəş nəticəsində həlak olan əsgər Qarayev Eltun Elman oğlu bu gün dəfn olunacaq.

Trend-in məlumatına görə, mərhum Bərdə rayonunun Qazıqurdalı kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, 2020-ci ilin 07 mart tarixində saat 05:40 radələrində "Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb, dərhal Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.