adalet.az header logo
  • Bakı 20°C
07 Mart 2020 10:54
9064
MƏMLƏKƏT
A- A+

Bakıda daha bir marşrutun hərəkət xətti dəyişdirildi

Dadaş Bünyadzadə küçəsindən-Bakı Dairəvi Avtomobil yoluna çıxan yeni yolda asfalt örtüyünün vurulması ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Adalet.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması ilə əlaqədar ərazidə fəaliyyət göstərən 194 nömrəli marşrutun hərəkət istiqaməti dəyişdirilərək M.Xiyabani küçəsi ilə təşkil edilib.