adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Mart 2020 10:24
9513
MƏMLƏKƏT
A- A+

Dövlət Miqrasiya Xidmətində ingilis dili tədris edilir

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) Aparatında və sisteminə daxil olan qurumlarda çalışan işçilərin xarici dil biliklərinin təkmilləşdirilməsi məqsədilə ingilis dili kursu təşkil edilir.

DMX-dən Adalet.az-a verilən məlumata görə, kurs həftədə iki dəfə olmaqla iki ay müddətinə nəzərdə tutulub. İnteraktiv formada keçirilən dərslər mövcud dil bazasının möhkəmləndirilməsinə xidmət edir.

Qeyd edək ki, yanvarın 21-dən martın 13-nədək davam edəcək kursda 17 xidmət əməkdaşı iştirak edir.