adalet.az header logo
  • Bakı 18°C
07 Mart 2020 10:18
12881
DÜNYA
A- A+

Dövlətə xəyanətdə şübhəli bilinən şahzadələr həbs edildi: “Kralın qardaşı edam ediləcək?”

Səudiyyə Ərəbistanında dövlətə xəyanətdə şübhəli bilinən kral ailəsinin üçüzvü saxlanılıb.

Bu barədə "The Wall Street Journal” məlumat yayıb.

Nəşr bildirib ki, ötən gün səhər saatlarında dövlətin keçmiş vəliəhd şahzadəsi Məhəmməd bin Naif, onun kiçik qardaşı Nəvaf bin Naif və kralın qardaşı Əhməd bin Əbdüləziz hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onların evində axtarış aparılıb.

Kral ailəsiüzvlərinin ömürlük həbs və ya edam ediləcəyi qeyd olunur.