adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Mart 2020 23:14
10828
MƏMLƏKƏT
A- A+

Sabirabadda ANAMA tərəfindən xeyli sayda sursat aşkarlanıb

Martın 6-da saat 11:22-də Ədliyyə Nazirliyinin Sabirabad rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) iş üzrə maddi subut olan 1 ədəd süngü bıçağının, 2 ədəd 14.5 mm kalibirli, 150 ədəd 5.45 mm kalibirli, 216 ədəd 7.62 mm kalibirli patronların, "Kalaşnikov” konstruksiyalı silahın hissəsi olan 3 ədəd sandlqçanın, 1 ədəd "AQS-17” markalı gilizli qumbaranın və 1 ədəd təlim məşq təyinatlı "RQD-5” qumbarasının götürülərək zərərsizləşdirilməsi barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 367 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd təlim məqsədli əl qumbarası (RQD-5), 3 ədəd avtomat darağı (boş), 1 ədəd silah qumbarası (VOQ-17) və 1 ədəd süngü bıçağının qını (yararsız) aşkar olunub, məhv edilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.