adalet.az header logo
  • Bakı 11°C
06 Mart 2020 21:13
40115
MARAQLI
A- A+

Saçları ilə bağlı vərdişi qızı xəstəxanalıq etdi - VİDEO

Əməliyyat zamanı qızın qarnından üç kiloqram saç çıxıb.

"Newsflare”nin məlumatına görə, hadisə Hindistanın Uttar-Pradeşştatında qeydə alınıb.

15 yaşlı Şivani cəmi 29 kq çəkisi ilə öz həmyaşıdlarından çox-çox geri qalıb. Xəstəxanada yoxlanış zamanı onun qarnında külli miqdarda saç topası müəyyən edilib. Həzm prosesinə mane olan da məhz bu tük yığını imiş.

Sən demə, Şivani uşaq vaxtından öz saçlarını çeynəmək kimi zərərli vərdişə sahib olub.

Nəticədə, həkimlər qızı əməliyyat etmək qərarına gəliblər.

Yad cisimlər çıxarıldıqdan sonra qız bir müddət xəstəxanada yatıb. Yenidən eyni problemlə üzləşməmək üçün qız bu zərərli vərdişindən əl çəkməlidir.