adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Mart 2020 19:42
61883
MƏDƏNİYYƏT
A- A+

Nazirliyin tabeliyində olan bütün təhsil müəssisələrində tibbi-profilaktik tədbirlər görülür

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.03.2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək Nazirliyin tabeliyində olan bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılmış, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələri və təhsil müəssisələrinin rəhbərlərinə yoluxma hallarının qarşısının alınması məqsədi ilə tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin görülməsi tapşırılmışdır.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələri üzrə şəhər və rayonlarda uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülməkdədir. Prosesin 9 mart 2020-ci il tarixinədək tam yekunlaşması nəzərdə tutulub.