adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
06 Mart 2020 19:25
30340
MARAQLI
A- A+

Qadın ərini qarətçilərdən belə qorudu - VİDEO

Qarətçilərin zərgərlik məmulatları ilə bağlı sifarişləri çatdıran kişiyə hücumu uğursuzluqla nəticələnib. Hadisənin görüntüləri ərazidə olan mağazaya quraşdırılan müşahidə kamerası tərəfindən qeydə alınıb.

Bu barədə "Haber Global” məlumat yayıb.

Hadisə Türkiyənin İstanbul şəhərində baş verib. Xanımı ilə birlikdə sifarişi çatdırmaq istəyən kuryer küçədə qarətçilərin hücumuna məruz qalıb.

Həmin vaxt kişinin əlində içərisində bir milyon lirə dəyərində üç kiloqramqızıl olan çamadan olub. Qarətçi çamadanı kişinin əlindən almağa çalışıb. Qadın isə çamadandan möhkəm yapışaraq əlindən buraxmayıb. Hətta hücum edən şəxs qadına qarşı elektroşokdan istifadə etdikdə belə o, çamadanı buraxmayıb. Qadının səsinə ərazidə olanmağazadan köməyə gəliblər.

Soyğunçular təşvişə düşüb və çamadanı götürmədən hadisə yerindən qaçıblar.

Polis hadisə ilə bağlıaraşdırmalara başlayıb.