adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Mart 2020 17:22
8777
MƏMLƏKƏT
A- A+

FHN: Bakıda yanan bir neçə obyekt söndürülüb

Bakıda yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Adalet.az-a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 104 ünvanında ümumi sahəsi 1800 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin (taxta emalı sexi, boyama sexi və bir hissəsi anbar kimi istifadə olunur) yanar konstruksiyaları və içərisində olan əşyalar 70 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.