adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Mart 2020 16:51
8499
GÜNDƏM
A- A+

Azərbaycanda çalışan əcnəbilərin sayı açıqlandı

2019-cu ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 5466 nəfər olub.

Bu barədə Adalet.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Onlardan 31,8 faizi mədənçıxarma sənayesində, 30,5 faizi tikintidə, 10,7 faizi emal sənayesində, 6,5 faizi təhsil, 3,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 2,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi və 11,4 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

2019-cu ilin ilkin məlumatlarına əsasən bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,8 saat təşkil edib.