adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Mart 2020 15:51
9337
GÜNDƏM
A- A+

Azərbaycanın Baş Naziri ukraynalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Ukraynanın Baş Naziri təyin edilməsi münasibətilə Denis Şmıqala təbrik məktubu göndərib.

Nazirlər Kabinetindən Adalet.az-a bildiriblər ki, məktubda deyilir:

"Ukraynanın Baş Naziri vəzifəsinə təyin olunmağınız münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız dövlətlərarası münasibətlərimizin inkişafı üçün möhkəm bünövrədir. İkitərəfli əlaqələrimizin, strateji əməkdaşlığımızın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə addımlar atacağımıza ümidvar olduğumu bildirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.