adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Mart 2020 14:10
41553
MARAQLI
A- A+

Əsir düşüb insana, şeytan da it günündə

ABŞ-ın Corctaun şəhərində (Kolorado ştatı) Parker adlı iti fəxri mer seçiblər.

Bu qərar yekdilliklə qəbul edilib.

Yeni vəzifədə Parker insanlarla qucaqlaşır və onlara şirniyyat verir.

Parker həmçinin "Loveland Ski Area” kurortunun rəsmi talismanıdır.

Bundan əlavə, it fiziki qüsüru olan insanlar üçün düşərgədə terapevt rolunu oynayır.

Burda deyiblər e - itin olum, ilahi!


ABŞ-da itlər meydan sulayır!


Bəzən insanlar itlik, bəzən də itlər insanlıq edə bilir.

ABŞ-ın Marin bölgəsinin (Kaliforniya ştatı) yaşlı sakinləri Yan İrvin və onun həyat yoldaşı Kerol Kiparski meşədə romantik piknik təşkil etmək qərarına gəlirlər.

Nəticədə cütlük meşədə azaraq səkkiz gün ərzində ac-susuz qalıb.

Onların köməyinə Qrut adlı retriver gəlib. Axtarış zamanı it sahibi Riç Kasseni halsız cütlüyün olduğu istiqamətə aparıb.

Bu zaman R.Kassen yaşlı cütlüyün səsini eşidib.

Xəstəxanaya yerləşdirilən Yan İrvin və Kerol Kiparskinin vəziyyəti sabitdir.


Maşın-maşın cehizi var, itimin, ay itimin!


Deyəsən, bu hindli dostlarımız mənim sözümü səhv başa düşüblər.

Hindistanın Orissa ştatında santallar (yerli xalqlardan biri) bir yaşlı körpəni itlə evləndiriblər.

Şəkildə də göründüyü kimi al-əlvan paltarlar geymiş insanlar "bəylə” "gəlinin” ətrafında rəqs edir.

Qeyd etmək lazımdır ki, santalların adətinə görə əgər uşağın ilk dişi üst çənəsində çıxırsa, bu pis ruhları cəlb edə bilər.

Və məhz pis ruhları qovmaq üçün orada belə bir "ayinə” əl atırlar.

Yeri gəlmişkən, uşaq böyüdükdə itlə boşanmamaq şərti ilə insanla evlənə bilər.


"Buna bax, alə, xoçit ubit mne"


Kliniki ölüm yaşayan Avstraliya sakininin ürəyi 90 dəqiqədən sonra döyünməyə başlayıb.

Yəqin itlərin xəbərini eşidəndən sonra ölməyinə peşman olub.

"Elister adlı həmin şəxs həyat yoldaşı ilə Britaniya Kolumbiyası əyalətində istirahətdə olarkən ürəyi dayanıb.

Bunu görən həyat yoldaşı təcili tibbi yardım çağırıb.

Həkimlər saatyarım ərzində onu həyata döndərməyə çalışıblar.

Lakin onların cəhdləri boşa çıxıb.

Həkimlər qadına ərinin öldüyünü bildiriblər.

Lakin 90 dəqiqədən sonra Elisterin ürəyi yenidən döyünməyə başlayıb.