adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Mart 2020 14:06
12185
DÜNYA
A- A+

Türkiyə Silahlı Qüvvələri Suriya ordusunun 21 hərbçisini zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriya ordusunun obyektlərinə zərbələr endirib.

Adalet.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, ötən gün saat 16:00-da endirilən zərbələr nəticəsində Suriya ordusunun 21 hərbçisi zərəsizləşdirilib, 2 raket qurğusu və digər texnika məhv edilib.

Bildirilir ki, zərbələr Suriya ordusu tərəfindən iki Türkiyə hərbçisinin öldürülməsinə cavab olaraq həyata keçirilib.

Qeyd edək ki, ötən gün Suriya ordusunun zərbələri nəticəsində 2 Türkiyə hərbçisi həlak olub, 3-ü isə yaralanıb.