adalet.az header logo
  • Bakı 13°C

Faiq QİSMƏTOĞLU: ÇİÇƏK TAPA BİLMƏDİM...

FAİQ QİSMƏTOĞLU
42767 | 2020-03-07 09:53

...Allah-Təala dünyanı yaradanda ona qeyri-adi bir gözəllik də bəxş edib. Və bugözəllik min il də, milyon il də keçsə, öz təravətini, öz rəngarəngliyini və özcizgilərini itirməyib. Əksinə, illər və əsrlər keçdikcə, bu gözəllik bir az daböyüyüb, bir az da möhtəşəm olub və bir az da gün işığına bənzəyərək hərarətyaradıb...

...Bütün gözəlliklər qadın varlığı qarşısında acizdir. Və dünyanı yaradan Allah-Təalaqadını ona görə yaradıb ki, Yer üzündəgünəş kimi işıq saçsın, məhfərindən və yerindən nə oynayıbsa, qaytarıb qoysunonu əvvəlki yerinə...

Düşünürəmki, dünyanı günəşsiz, havasız, susuz vətorpaqsız təsəvvür etmək mümkün olmadığı kimi, bu dünyanı qadınsız da təsəvvür etmək mümkündeyil. O qadın ki, Allaha yaxın olan və Allahın seçdiyi peyğəmbərləri dünyaya gətirib...O qadın ki, insanların qəlbinə və ürəyinə həmişə işıq bəxş edib... O qadın ki,onsuz bir gün, bir saat, bir dəqiqə dünyamız keçinə bilməz... Harda qadınyoxdusa, ora zülmətin və qaranlığın, müsibətin və faciənin içindədir.Qaranlıqdan və zülmətdən qurtarmağın yolu isə günəş kimi üfiqdən boylanan qadıngözəlliyində və qadın məhəbbətindədir.

...Hamının anası olduğu kimi, mənim də anam vardı. Allahın dərgahına qovuşub.Bizim vaxtımızda 8 Mart -Beynəlxaq Qadınlar bayramı belə təntənəli keçmirdi. Və bilmirdik ki, anamıza nə hədiyyəeləyək. Heç anamız da bizdən hədiyyə uman deyildi. Rəhmətlik deyərdi ki, siz məniincitməyin, elə bu, hədiyyədən qiymətlidir. Biz də ipə-sapa yatmayanuşaqlardıq. Hətta həmin günü anamızı incidərdik.

...Böyüdük, məktəb bitirdik, universitet qutardıq, gördük ki, analar nə qədər əzab-əziyyət,çətinlik çəkirmiş. Mənim anam da çox zəhmətkeş olub. Atam varlı kişi olmasınabaxmayaraq, anam pambıq alağına da gedib, pambıq da yığıb, ipəkqurdu saxlayıb,barama da becərib, həyət-bacada toyuq-cücə, hinduşqa, mal-qoyun da saxlayıb. Eləbizi də zəhmətkeşliyə rəhmətlik anam öyrətmişdi. Bax, budur qadının və ananınövladlara göstərdiyi yol...

...O yolu düz 64 ildir gəlirəm, nə qədər büdrəsəm də, hələ ki, yıxılmamışam. Həmişədə göydə Allaha, yerdə atama və anama minnətdar olmuşam ki, varlı kişininövladı olsaq da, bizi harın, ərköyün, özündənrazı böyütməyiblər. Şükürlər olsunki, bu yolu biz, başımızın üstündəki o işığı görə-görə hələ də addımlayırıq...

...Zəmanənin üzü qara olsun. Ürəyimizdən çox şey keçir. Bax, istəyirəm kömpüterəyazı diqtə edərkən onu qurub-qoşan Gülər xanıma bir hədiyyə verim. Ürəyimdənvallah, elə keçir ki... Bu gözəl qız da məni çox qəşəng başa düşür. Heç bizdənhədiyyə də ummur. Ən yaxşı hədiyyə onu sevindirən və qəlbini işıqlandıran birşirin sözdür. Qəzetimizin baş redaktorunun birinci müavini, dostum və qardaşım ƏbülfətMədətoğlu və mən hər gün yazımızı yazıb qurtaranda bu gözəl xanıma o şirin sözlərideyirik. Qızım qədər çox istədiyim Gülər xanım da dünya malında gözü olmayanbir insandı. Yazımızı yazır, şirin sözümüzü eşidir, sonra da heç olmasa bir qədərözünü rahat hiss edir. Müqəddəs kitabımızda buyurulub ki, bir qəlbi qırmaq Kəbənidağıtmaq qədər böyük günahdır.

...Həmişə çalışmışıq ki, belə günaha batmayaq. Bu gün də 8 Martdır. O qədər doğma,əziz, yaxın insanlar var ki... Hamısı da bir-birindən şirin, bir-birindən əziz...Üç bacım var – biri Bəhmənlidə, biri Sumqayıtda, biri də Xırdalandadır. Hələqızım Horadiz şəhərində cəbhə bölgəsindədir. Nəvəm Sədaqət ad günümdə vəbayramlarda zəng edib deyir ki, dədə, bayramın mübarək! Eşitmişəm bir az xəstələnmisən,bizə niyə deməmisən? Mən də bal kimi şirin-şəkər nəvəmi bal kimi şirin sözlərləsevindirirəm. Hələ 37 il ailə qurduğum və mənə ən çətin gündə arxa duranxanımımı demirəm. Allaha and olsun, heç vaxt o, məndən hədiyyə istəməyib. Mən dəo günə qalmamışam ki, bayram günündə nəsə ona balaca da olsa bir hədiyyə verməyim. Amma o deyib ki, ən böyük hədiyyə sənincan sağlığındır. Həmişə evində-eşiyində canın sağ, babalarının yanında olasan,bu mənim üçün əvəzsiz bir varlıqdı...

...Azərbaycan qadını dünyanın bəlkə də əngüclü, ən ağıllı, ən namuslu və ən mərd xanımıdır. Bu xanımlar ən ağır, ən çətin,ən məşəqqətli və ən faciəli günlərdə ailələrinə, həyat yoldaşlarına arxadurublar, söykək olublar. Mən qadın tanıyıram ki, var-dövləti olan əri hər şeyiitirib və həmin adam intihar etmək istəyib, qadını o kişini intihardan çəkindiribvə həyata qaytarıb. Deyib ki, necə olur Allah hər şeyi verəndə yaxşı idi,alanda pis?! Bu mürəkkəb durumdan o kişini o ağıllı qadın çıxarıb. Və sonradanda o kişi ayağa qalxıb, yenidən biznesini qurub, əvvəlkindən də imkanlı olub. Və deyib ki, məni ayağaqaldıran göydə Allah, yerdə xanımım oldu! Bax, budur Azərbaycan qadını...bax, budur ailəyə, ərə sədaqət... bax,budur böyük sevgi... Böyük Dostoyevski yazır ki: "Dünyanı gözəllik xilas edəcək”.Bəli, o kişini də, o quyunun dibinə düşmüş adamı da ö gözəl qadın, o gözəlxanım qurtarıb. Eşq olsun belə Azərbaycan qadınlarına!..

...Bu sətirləri kompüterə diqtə edəndə pəncərədən bayıra baxdım, yaz havasını hisselədim. Günəş çıxmışdı və hər tərəfə öz sevgisini, hərarətini səpələmişdi...Günəş çıxmışdı və insanların üz-gözündə bir işıq vardı... Günəş çıxmışdı, eləbil deyirdi ki, sən mənim bacımsan, Azərbaycanqadını! İşığım və nurum səni qorusun!..

Böyükbəstəkar və böyük müğənni Polad Bülbüloğlu sözləri Fikrət Qocaya məxsus olangözəl bir mahnı ifa edir: "Çiçək tapa bilmədim...”. Mənsə bütün gülmağazalarında o qədər gül, o qədər çiçək gördüm ki, baxmaqdan gözlərim yoruldu.Bir dəstəsini də xanımıma aldım. Bir gülə baxdım, bir də 37 il mənim nazımlaoynayan o xanımın keçdiyi yola. Gördüm ki, bizim xanımlar və eləcə də mənimxanımım güldən də, çiçəkdən də gözəldi. O qədər gözəldi ki, onların bir gülüşübizim bütün ağrı-acımızı, dərdimizi, kədərimizi, əzabımızı unutdurur. Eləyazımı da o məşhur mahnının aşağıdakı misralarıyla bitirirəm:

Siz çiçəkdənçoxsunuz,

Çiçəkdən gözəlsiniz,

Ay yurdumunqızları,

Közərənulduzları,

Sizinsaçlarınıza,

Düzərəmulduzları...


TƏQVİM / ARXİV