adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Mart 2020 11:28
33930
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: İLK SƏNİN ADIN OLDU

Baxcamdakı güllərin
Ləçəklərin də saydım...
Çiçək kimi qızların
Göyçəklərində saydım -
İlk sənin adın oldu...

Qarşılaşdığım neçə
Baxışları da andım...
Qəlbimdə - tam gizlicə
İçdiyim, özəl andım -
İlk sənin adın oldu...

Duyğuların telini
Oxşayan meh - nəfəs də...
Buraxmayan əlini
Dəli istək, həvəs də -
İlk sənin adın oldu...

Qurduğum xəyallar da
yozduğum yuxular da...
Və hər cürə hallarda
Ən həssas duyğular da -
İlk sənin adın oldu!..