adalet.az header logo
  • Bakı 13°C
05 Mart 2020 22:36
29025
KRİMİNAL
A- A+

Dünyanın ən nəzakətli oğrusu - VİDEO

Gənc kişiən nəzakətli formada gül mağazasını qarət edib.

Bu barədə REN TV xəbər yayıb.

Bildirilir ki, hadisə Moskvada baş verib.

Mağazaya quraşdırılmış müşahidə kameralarından görünür ki, alıcı uzun müddət buket seçir və hətta onun pulunu ödəmək də istəyir. Lakin nədənsə fikrindən vaz keçir və cibindən bıçağı çıxararaq, buketi götürür, satıcının telefonunu tələb edir və kassada pulun olub-olmadığını soruşur.

Yaşlı qadın yeganə telefonunun əlindən alınmamasını istəyir və söz verir ki, heç yerə zəng etməyəcək.

"Sadəcə, normal şəkildə demək lazım idi ki, sizin pulunuzyoxdur, vəssalam”, - deyə satıcı bildirib.

"Bağışlayın, istəmirdim belə olsun, mən hətta kimisə hədələmək istəmirəm, heç kimə zəng etməyin”, - deyə qarətçi bıçağı gizlədərək, mağazanıtərk edib.

Zərərin miqdarı 4500 rubl (123 AZN) müəyyənləşib. Saxlanılan şəxsə qarşı cinayət işi açılıb.