adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Mart 2020 21:43
11913
DÜNYA
A- A+

Çin İrana qarşı sanksiyaları dayandırmağa çağırdı - “Humanitar ruha ziddir”

Çin hökuməti İrana qarşı sanksiyalar tətbiq edən ölkələri bu tədbirləri dayandırmağa çağırıb.

Modern.azxəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan deyib.

Çin rəsmisi bildirib ki, İran hökuməti və xalqı virusla mübarizə apardığı zaman birtərəfli sanksiyaların davam etməsi vəziyyəti daha da kəskinləşdirəcək.

"Bu, həmçinin humanitar ruha ziddir. Çin epidemiya ilə mübarizədə maneələrin yaranmaması üçün İrana qarşı tətbiq olunan sanksiyaları dayandırmağa çağırır”, - deyəÇjao Litszyan bildirib.