adalet.az header logo
  • Bakı 20°C
05 Mart 2020 19:09
8826
MƏMLƏKƏT
A- A+

Bakıda nəqliyyat könüllüləri maarifləndirmə aksiyası keçirib

Paytaxtın ictimai nəqliyyat sistemində əksepidemik tədbirlər və əhali arasında sanitariya maarifləndirmə işləri davam etdirilir.

Bu çərçivədə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində Nəqliyyat Könüllülərinin iştirakı ilə aksiya keçirilib. Könüllülər mərkəzin ərazisində sərnişinlərə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) hazırladığı broşürlər paylayıb. Broşürdə respirator virus infeksiyalardan qorunmaq, gigiyenik qaydalara əməl edilməsinə dair zəruri maarifləndirici məlumatlar əks olunub. Könüllülər gözləmə zallarındakı kitab rəflərinə də maarifləndirici broşürlər qoyub.

Məlumat üçün qeyd edək ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində gözləmə zallarında sərnişinlərin, sürücülərin və digər personalların əllərini dezinfeksiya etməsi üçün zallara xüsusi dərman məhlulları olan qutular qoyulub.