adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
05 Mart 2020 18:52
17356
SİYASƏT
A- A+

Prezident İlham Əliyev Gürcüstanın Müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Adalet.az-a məlumat verilib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin birgə iştirak etdiyi mühüm enerji layihələrinin əhəmiyyəti vurğulandı, Cənub Qaz Dəhlızinin uğurla reallaşmasının önəmi qeyd edildi.

Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlığın, investisiya qoyuluşunun əlaqələrimizin inkişafına töhfə verdiyi bildirildi.