adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
05 Mart 2020 18:18
12626
DÜNYA
A- A+

İtaliyada kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırıldı

İtaliya Nazirlər Şurası ölkədə koronavirusun yayılması ilə əlaqədar yeni qərar qəbul edib.

Qərara əsasən kütləvi tədbirlərin keçirilməsi qeyri-müəyyən müddətə ləğv edilir.

Bu müddət ərzində idman yarışları tamaşaçı olmadan keçiriləcək.

Kütləvi tədbirlər zamanı insanlara bir-birindən azı 1 metr məsafədə dayanmaq, görüşərkən əl sıxmamaq və qucaqlaşmamaq tövsiyə edilib.

Bundan başqa, ölkə ərazisində kino və teatr nümayişləri də təxirə salınıb.

Qeyd edək ki, İtaliyada məktəb və universitetlər də martın 15-dək bağlanıb.