adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Mart 2020 15:42
11372
DÜNYA
A- A+

Çin İrana qarşı sanksiyaları dayandırmağa çağırır

Çin hökuməti İrana qarşı sanksiyalar tətbiq edən ölkələri bu tədbirləri dayandırmağa çağırıb.

Adalet.az-ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan deyib.

O bildirib ki, İran hökuməti və xalqı virusla mübarizə apardığı zaman birtərəfli sanksiyaların davam etməsi vəziyyəti daha da kəskinləşdirəcək:

"Bu, həmçinin humanitar ruha ziddir. Çin epidemiya ilə mübarizədə maneələrin yaranmaması üçün İrana qarşı tətbiq olunan sanksiyaları dayandırmağa çağırır”.