adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Mart 2020 12:29
8388
GÜNDƏM
A- A+

Koronavirusu yaddan çıxaracaq xəbər - VİDEO

Martın 4-də ABŞ-ın Dövlət katibi Michael R.Pompeo Dövlət Departamentində İllik Beynəlxalq Cəsarətli Qadınlar mükafatını təqdim edib. Bu il mükafat dünyadan 12 qeyri-adi qadına verilir.

Mükafata layiq görülənlər sırasında 2013-cü ildən Azərbaycanda vəkil kimi fəaliyyət göstərən Şəhla Hümbətova da var.

Adalet.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, mükafatlandırma mərasimində Birinci ledi Melania Tramp çıxış edib.

Mükafat artıq 14-cü ildir verilir. Məqsəd dünyada sülh, ədalət, insan haqları, gender bərabərliyi, qadınlara səlahiyyət verilməsi üzrə müstəsna cəsarət və liderlik göstərən, bunu adətən böyük şəxsi risk və qurban verərək edən qadınları tanımaqdır.

2007-ci ilin martından bəri Dövlət Departamenti 73 ölkədən 134 qadını bu mükafata layiq görüb. Bu ilki təqdimatdan sonra laureatların sayı 146-ya çatacaq.

Bu il Beynəlxalq Cəsarətli Qadın mükafatına layiq görülənlər sırasında Əfqanıstandan keçmiş mer Zarifa Ghafari, Ermənistandan jurnalist Lucy Kocharyan, Boliviyadan jurnalist Ximena Galarza və digərləri də var.

Təbriklər Şəhla xanım! Uğurlarınız davamlı olsun!