Əbülfət MƏDƏTOĞLU: HƏLƏ DƏ...
Hələ də . ovuna bilmirəm ...
Hələ də günüm göy əsgi...
Torpaq ayağımdan qaçdı -
Titrədi üstümə, göy əsdi!..
Hələ də atdığın yerdə
Hələ də kəndir gəzirəm...
Doğranmış şaxam, bax, gör də -
Yanmağa təndir gəzirəm...
Hələ də " ah" ları büküb
Yığmışam qəlbin rəfinə...
Hələ də qəlbimi söküb -
Tapdığın sevgi - dəfinə!..
Hələ də günüm boyatdı
Hələ də əlim kəndirsiz...
Dəyişən bu boz həyatdı -
Yanıram odsuz, təndirsiz...