adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Mart 2020 09:12
37214
ŞOU-BİZNES
A- A+

Xəstəliklərlə çarpışan məşhurlar: Skalioz, xərçəng, layma, parkinson...

Son zamanların ən məşhur isimlərindən olan ABŞ-da yaşayan "Ruslana Gee” ləqəbi ilə tanınan azərbaycanlı model, "fashion” bloqer Ruslana Cavadova "Instagram” hesabında paylaşım edib:

"İlk dəfə həkimə getdiyim vaxtı çox yaxşı xatırlayıram. Həmin vaxt anam diaqnozu eşidəndə ağlamışdı. Hətta elə bildim ki,hansısa ölümcül xəstəlikdən əziyyət çəkirəm. Skalioz çoxlu problemlər və komplekslər yaradır. Amma bu xəstəliklə ömür boyu yaşaya bilərsən”.

Adalet.az xəbər verir ki, o, bu xəstəlikdən əziyyət çəkdiyini ilk dəfə etiraf edib və hansı problemlərlə qarşılaşdığını söyləyib:

"Xəstəlik hansı problemlər yaradır? Uzun müddət gəzə və ayaq üstə qala bilmirəm. Çünki belim ağrıyır və tez yoruluram. Bəzən ağrıdan hərəkət edə bilmirəm. Xoşbəxtlikdən bu, çox az hallarda baş verir. Bir çiynim digərindən aşağıdır. Əgər bu xəstəlik olmasaydı, mən daha da ucaboy olardım.Mənim vəziyyətimdə əməliyyat aparıla bilməz. Yaş keçdikcə skaliozun sağlığıma necə təsir edəcəyini təxmin etmək də çətin deyil. Hazırda skaliozdan müalicə almıram”.

Teylor Svift

Amerikalı pop ulduz Teylor Svift ağır xəstəliklə mübarizə aparması barədə danışıb. İfaçının səhhətilə ilə bağlı yaşadığı problemlər haqqında "Miss Americana” sənədli filmində söz açmışdı.

Məlum olub ki, 30 yaşlı artist artıq bir neçə ildir yemək pozğunluğu ilə mübarizə aparır. Müğənni etiraf edib ki, xəstəlik onun xarici görünüşü ilə bağlı yazılan mənfi şərhlərdən sonra yaranıb.

"Həmişə hansısa gözəllik standartı olur ki, sən ona çata bilmirsən. Yadımdadır, 18 yaşım olanda mənim fotom ilk dəfə jurnalın üz qabığında çıxmışdı, yanında isə yazı var idi: 18 yaşında hamilədir?”, - Teylor Svift şikayətlənib.

Svift etiraf edib ki, hərdən gün ərzində heç nə yeməyə bilərdi, qida qəbulundan sonra isə özünə ağır fiziki işlə əzab verirdi. İfaçı qida qəbulu ilə bağlı yaşadığı problemləri həmişə gizlətdiyini bildirib. "Həqiqətən də, fiziki yük böyük idi. Amma mən çox az yeyirdim”, - o danışıb.

Artıq Svift situasiyanı adlamağı bacarıb, müntəzəm qidalanır və pozitiv düşünür. Müğənninin sözlərinə görə, indi o, bədən quruluşu ilə bağlı yazılan şərhlər barədə belə düşünür: "Yox. Biz daha belə edən deyilik, çünki xəstə görünməkdənsə, kök olduğunu düşünmək daha yaxşıdır”.



Castin Biber

Dünya şöhrətli müğənni Castin Biber həkimlərin ona "Layma” xəstəliyinə yoluxma diaqnozu qoyduğunu açıqlayıb, Bu barədə müğənni "Instagram” hesabında paylaşım edib:"Bir çoxları Castin Biberin pis görünməyə başladığını, metanfetamin istifadə etdiyini dedilər. Bu insanlar anlaya bilmir ki, bir qədər əvvəl məndə "Layma” xəstəliyi, yalnız bu da deyil, həmçinin, ciddi xroniki mononükleoz aşkar edildi. Bütün bunlar mənim dərimə, beynimin işinə, enerjimə və ümumilikdə, sağlamlığıma təsir göstərdi”, - müğənni bildirib.

Onun sözlərinə görə, son iki ili çox çətin yaşayıb, lakin düzgün müalicə sayəsində hələlik müalicəsi olmayan xəstəlik yaxşılaşmağa doğru gedib və yenidən səhnədə çıxış edə biləcəyəm.

Sertab Erener

Türkiyəli məşhur müğənni Sertab Erener illərdir kolit xəstəliyi ilə (yoğun bağırsağın iltihabi) mübarizə apardığını etiraf edib.

Sənətinin 27-ci ilini qeyd edən ifaçı konsert zamanı sevilən mahnılarını səsləndirərək rəqs edib.

Yeşim Salkım

Türk müğənnisi Yeşim Salkım səhnədə fanatlarını heyrətləndirən etiraf edib.

"4 il boyunca amansız xəstəliklə mübarizə apardım. Şükür ki, qalib gəldim. Yumurtalıq xərçənginə yoluxmuşdum" deyə, müğənni bildirib.



Onun sözlərinə görə, xəstəliyini ailəsindən gizli saxladığı üçün heç vaxt bu mövzudan bəhs etməyib.

"Sadəcə böyük qızım bilirdi, qalan hamıdan gizlətmişdim. Son olaraq sizə tövsiyəm, həyatı yaxşı yaşayın. Hər şeyi özünüzə dərd etməyin", deyə müğənni bildirib.

Ozzi Osborn

Britaniyalı rok-musiqiçi, "Black Sabbath” qrupunun keçmiş solisti Ozzi Osborn ilk dəfə olaraq ictimaiyyət qarşısında Parkinson xəstəliyinə qarşı apardığı mübarizədən danışıb.

Müğənni bu etirafı həyat yoldaşı Şeron ilə birlikdə "ABC” telekanalının "Good Morning America” verilişində edib:"Mən sirr saxlamağı bacarmıram. Artıq bununla yaşaya bilmirəm, çünki bəhanələrim tükənmək üzrədir”, - deyə müğənni bildirib. Yoldaşının sözlərinə görə, xəstəlik ölüm hökmü olmasa da çox ciddidir və ailə üzvlərinin həyatına böyük təsir edib.

Ozzi Osborn bildirib ki, xəstəliklə bağlı ABŞ və xaricdəki mütəxəssislərə müraciət edib. 


Əntiqə Rəşid