adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Mart 2020 09:00
28004
ŞOU-BİZNES
A- A+

Cenifer Lopez pulun möcüzəsindən danışdı

Demişdik axı...Amerikanın ünlü aktrisa və müğənnisi.Cenifer Lopes dördüncü dəfə ərə gedir. Müğənni idmançı sevgilisindən evlənmə təklifini ötən ilin mart ayında aldığını da xəbər vermişdik. Lakin Cennifer son bir ildə özünü karyeraya həsr edib: kinoya çəkilib, yeni mahnılar yazıb və bütün dünyada konsertlər təşkil edib. Beysbolçu bu müddət ərzində onun arzusunu anlayışla qarşılayaraq, səbirlə gözləyib.

Adalet.az xəbər verir ki, toy ərəfəsində məşhur ulduz yerli jurnala müsahibə də verməyə vaxt tapıb. Lopez cəsarətlə intim həyatı barədə sualları cavablandırıb.

Ona verilən "Pul libidonuzu yüksəldirmi?” sualına latın mənşəli ulduz "Çox şey libidomu yüksəldir, amma pul yox. Lakin pulu sevirəm. Məni cuşa gətirəcəyini deyə bilmərəm, amma pulun çox şeyi həll etdiyi danılmazdır”, - deyə cavab verib.

Qeyd edək ki, Lopez artıq karyera işlərini bir kənara qoyaraq, toy hazırlıqlarına başlayıb. Onların yayda nikaha girəcəkləri gözlənilir.

Əntiqə Rəşid