adalet.az header logo
  • Bakı 21°C
05 Mart 2020 10:06
15385
SİYASƏT
A- A+

Ərdoğan və Makron İdlibdəki vəziyyəti müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığı aparıb.

Görüşdə Suriyanın İdlib şəhərində vəziyyət və suriyalı qaçqınlar problemi müzakirə edilib.

Qeyd edək ki, fevralın 19-da Ərdoğan Suriyanın İdlib şəhərində hərbi əməliyyata başlamağın mümkünlüyünü açıqlamışdı.

Onun sözlərinə görə, Türkiyə İdlibi Suriya rejiminə və tərəfdarlarına buraxmayacaq.