adalet.az header logo
  • Bakı 21°C
04 Mart 2020 19:45
16848
İDMAN
A- A+

Voleybol üzrə Azərbaycan çempionatının bütün oyunları təxirə salındı

Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb.

Bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı əsasında koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb.

Təxirə salınmış oyunların nə zaman keçiriləcəyi hələ dəqiqləşməyib.