adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Mart 2020 16:21
11226
DÜNYA
A- A+

Yunanıstan polisi miqrantlara qarşı gözyaşardıcı qaz tətbiq edib

Yunanıstan-Türkiyə sərhədində polislə miqrantlar arasında növbəti dəfə toqquşmalar qeydə alınıb.

Adalet.az-ın məlumatına görə, Yunanıstan polisi Evros bölgəsində Türkiyədən bu ölkəyə keçməyə çalışan suriyalı qaçqınlara qarşı gözyaşardıcı qaz tətbiq edib.

Yeni toqquşmalar Avropa Komissiyasından rəsmilərin sərhədyanı bölgəyə səfərindən sonra qeydə alınıb.

Xatırladaq ki, İdlibdə vəziyyətin gərginləşməsindən Türkiyə suriyalı qaçqınlar üçün Avropa İttifaqı ilə sərhədləri açıb.

Afina üç gün ərzində 20 minədək miqrantın qarşısının alındığını bildirib.