adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Mart 2020 14:29
32516
MARAQLI
A- A+

Bələyindən kəfən tikən dünyadı

Qərb mətbuatında əfsanəvi boksçu Mayk Taysonun 136 kiloqram çəkidə olan böyük qızı Miki Lorna ilə ailə quracaq kişiyə 10 milyon dollar ödəyəcəyi haqda xəbərlər yayılıb.

Xəbəri görən kimi istədim Taysonun qızına elçi düşüm, gördüm ki, Tayson açıqlama verib ki, bunlar hamısı uydurmalardır. Bu yalan şayiələri yayanları tapıb hamısını nokaut edəcəm. Qızım gözəl insanla qurduğu yeni münasibətində xoşbəxtdir. Yəni ki, sən onu maraqlandırmırsan.

Sındı qol-qanadım yanıma düşdü...

Təkcə mənim qol-qanadım sınmayıb ki

Koronavirus bu qədər adamla yanaşı məşhurların da qol-qanadını sındırıb yanına salıb.

İtaliyanın Lombardiya regionunun prezidenti Attilio Fontana koronavirusla bağlı iki həftə karantində qalacaq.

Dünya şöhrətli aktyor Ceki Çan koronavirusa görə karantinaya alınıb.

Ceki Çanla eyni məclisdə iştirak edən aktyor Alan Tamb, Aleks Fonq və rejissor Erik Çank da koronavirusa görə karantinaya alınıb.

İranda prezident Həsən Ruhaninin köməkçisi Məsumə İbtikat koronavirusa yoluxub.

İranlı deputat Mahmud Sadiqi kokonavirusa yoluxub.

Monqolustan Prezidenti Xaltmaaqiin Battulqa bir günlük Çin səfərindən qayıtdıqdan sonra ölkəsində karantinə alınıb.

Monqolustan XİN rəhbəri Damdin Tsogtbatar da prezidentlə birgə Çində səfərdə olduğu üçün o da karantinə alınıb.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Mojtaba Zonnur yeni koronavirusa yoluxub.

İran səhiyyə nazirinin müavini İrac Harirçi koronavirusa yoluxub.

Heç çəyirtkələr də dinc dayanmır

Pakistana kütləvi çəyirtkə hücumu baş verib.

Çin Pakistana çəyirtkələrə qarşı mübarizə üçün 100 000 ördək göndərəcək.

Çinin Kənd Təsərrüfatı Akademiyasının tədqiqatçısı Lui Lizhi belə deyib.

O, Pakistanda bir universitetlə bu barədə razılığa gəldiklərini bildirib.

Onların gəldiyi qərara görə, ördəklər "bioloji silah” və həşərat dərmanından daha effektli olacaq.

Lizhibir ördəyin gün ərzində 200-dən çox çəyirtkə yediyini deyib.

Çəyirtkə axını Şərqi Afrikadan Cənubi Asiyaya doğru yayılaraq bu ərazidəki ölkələrin təsərrüfatına zərər vurur.

Koronavirus təkcə bəla yox, sevgili də gətirir

Çindən olan bir tibb bacısı ölkə rəhbərliyindən koronavirusa qarşı mübarizəsinə mükafat olaraq, ona sevgili tapmağı xahiş edib.

30 yaşlı tibb bacısı Tyan Fanfan Çinin Hubey əyalətinin Uhan şəhərinə koronaviruslu xəstələr olan müvəqqəti tibb müəssisəsində işləmək üçün gəlib.

Sosial şəbəkələrdə qoruyucu geyimdə fotosunu paylaşan Fanfan əlində tutduğu kağızda əməyi müqabilində ona ucaboy sevgili tapmalarını istəyib.

O, eyni zamanda qeyd edib ki, sevgili ona gələcəkdə lazım olacaq, hazırda isə koronavirusla mübarizədə xəstələrə kömək etməyə və işinin öhdəsindən layiqincə gəlməyə çalışır.